Moskvada ticarət mərkəzində tavan uçub - FOTO

Moskvada ticarət mərkəzində tavan uçub - FOTO backend

Moskovski şəhərində ticarət mərkəzinin girişində tavan uçub.

Qaziler.az “MK.RU”ya istinadla xəbər verir ki, bu, Moskvanın ticarət mərkəzlərində bir gündə ikinci tavanın uçması hadisəsidir.

Hadisə yerindən olan görüntülərdə tavanın birbaşa ticarət mərkəzinin girişinin üstündən çökdüyü görünür. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edilib ki, bundan əvvəl Moskvanın Vernadski prospektində yerləşən “Avenyu SouthWest” ticarət mərkəzində tavan uçub. Fövqəladə hadisə binanın mənfi birinci mərtəbəsində baş verib. Hadisə zamanı həmin an yaxınlıqda bir nəfər olub. Lakin kişi xəsarət almayıb. Ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, müraciət daxil olmadığından xilasedicilər hadisə yerinə getməyib.

QAZİLER.AZ

Diaspora