Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş

Metrodan çıxarkən vəfat edən kişi məşhur müğənninin atası imiş backend

Bu gün metroda qəflətən dünyasını dəyişən kişi gənc müğənni Çinarə Məlikzadənin atası olub.

Oxu.Az xəbər verir ki, vəfat edən şəxs 1962-ci il təvəllüdlü Məlik Ağalar oğlu Məlikzadədir. Qeyd edək ki, M.Məlikzadə dənizçi olub.

 

*****

15:02

Bakı metropolitenində ölüm hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında qeydə alınıb:

“Belə ki, qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi özünü pis hiss edib və dünyasını dəyişib. Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib”.

Diaspora