Moskvada iki yaşlı uşaq metadondan zəhərlənib

Moskvada iki yaşlı uşaq metadondan zəhərlənib backend

Moskva vilayətində iki yaşlı qız uşağı metadondan zəhərlənib.

Qaziler.az bildirir ki, hadisəylə bağlı məlumatı SHOT teleqram kanalı yayıb.

Qeyd edilib ki, uşaq Moskva yaxınlığındakı Krasnoqorskda xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər ona metadondan zəhərlənmə diaqnozu qoyublar. Uşağın valideynləri onun səhhətinin pisləşməsinin ehtimal olunan səbəbini açıqlamaqda çətinlik çəkiblər.

"Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təcili yardıma müraciət edən valideynlər uşağın yalnız huşunu itirdiyini və səhhətinin pis olduğunu izah ediblər. Hüquq-mühafizə orqanları məsələ ilə maraqlanıb və faktla bağlı araşdırma aparılır", - məlumatda deyilib. 

Qeyd edək ki, bundan əvvəl Həştərxanda ən azı 20 nəfər metadondan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı 3 nəfər ölüb.

QAZİLER.AZ

Diaspora