Məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırmalara başlanıldı - VİDEO - YENİLƏNİB

Məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırmalara başlanıldı - VİDEO - YENİLƏNİB backend

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi və başvermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

13:59

Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb.

Şagirdin anası Vüsalə Quliyeva məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramının canlı efirinə qoşulub.

V.Quliyeva çox pis olduğunu, övladının müalicə aldığını bildirib:

“Hazırda övladım müalicə alır. 7 noyabrdan məlum məsələyə görə övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı, biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu bizim insanlıq borcumuzdur. Deyirlər, uşaqlar toqquşublar. Kamera görüntüsü tələb etmişdim. Müstəntiq ilə məktəbə baxarkən akt zalında kameranın olmadığını gördük. Uşağın başı dəyəndən sonra müəllim onu sinfə göndərib. Sinif yoldaşlarına da deyib ki, salfeti yaş edib onun alnına qoyun”.

V.Quliyeva əlavə edib ki, məktəbin direktoru onunla “anlaşmaq” istəyir:

“Mən onu da başa düşürəm, istəyir ki, işinə ziyan gəlməsin. Qısacası, öz aramızda maddiyyatla həll eləmək istəyirdi. Amma mənim övladım mənə hər şeydən dəyərlidir. Burada mənə qaranlıq olan məqamlar var. Məsələ araşdırılsın, günahkarlar cəzalarını alsınlar”.

Daha ətraflı videoda:

Diaspora