Qalmaqallı sabiq polis həbsxanada bıçaqlandı, öldü

Qalmaqallı sabiq polis həbsxanada bıçaqlandı, öldü backend

Afroamerikalı Corc Floydun ölümünə görə mühakimə olunan sabiq polis əməkdaşı Derek Şovin ölüb.

QAZİLER.AZ  Lent.az-a istinadən verdiyi xəbərə görə, dünən məhbuslar həbsxanada Derek Şovinə hücum edib, onu bıçaqla yaralayıblar. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 2020-ci il mayın 25-də Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floydu saxlayan polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

ABŞ-da Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq 2020-ci il mayın 26-da etiraz aksiyaları başlayıb. Aksiyalarla əlaqədar mayın 31-də ölkənin 25 böyük şəhərində komendant saatı elan edilib.

 

 

 

 

Diaspora