Moskvada ondan çox aviareys ləğv edildi

Moskvada ondan çox aviareys ləğv edildi backend

Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda güclü qar səbəbindən azı 32 reys gecikib, daha on reys təxirə salınıb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yandex” xidmətinin məlumatında deyilir.

Bildirilib ki, Vnukovoda 17 reys gecikib və beşi ləğv edilib, Domodedovoda doqquz reys gecikib və dörd reys ləğv edilib, Şeremetyevoda altı reys gecikib, biri ləğv edilib.

Qeyd edək ki, Moskvada hazırda güclü qar yağması səbəbindən əlverişsiz hava şəraiti hökm sürür.

 

 

Diaspora