DİN: “Binəqədi rayonunda baş verən yanğında bir polis əməkdaşı xəsarət alıb” - YENİLƏNİB

DİN: “Binəqədi rayonunda baş verən yanğında bir polis əməkdaşı xəsarət alıb” -  YENİLƏNİB backend

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

21:11

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.

21:05

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hadisə yerinə yeddi təcili tibbi yardım briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.

20:57

Binəqədi rayonunda obyektdəki yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunublar.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

20:36

Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Diaspora