Rusiyanın Omsk vilayətində 16 yaşlı yeniyetmə oturacağını təqaüdçüyə vermək istəmədiyi üçün soyuqda mikroavtobusdan məcburi şəkildə endirilib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, məlumatı vilayət prokurorluğunun mətbuat xidməti yayıb.
Məktəblini yaşadığı kənddən 8 km aralıda, qaranlıq və şaxtalı havada magistral yolda ictimai nəqliyyatdan düşürdüblər.
"Müəyyən edilib ki, noyabrın 22-də saat 20.00 radələrində mikroavtobusu idarə edərkən, 16 yaşlı Tavriçeskoye adlı yeniyetmə sərnişinlərdən biri tərəfindən iradəsinə zidd olaraq salondan kobud şəkildə itələnərək düşürülüb. Bundan sonra sürücü sakitcə yoluna davam edib”, - məlumatda qeyd edilib.
Zərərçəkmiş bildirib ki, münaqişə dayanacaqların birində yaşlı qadının içəri girərək ona yer verməsini istəməsi ilə başlayıb. Şagird səhhəti ilə bağlı ayaq üstə dura bilmədiyini izah edib. Lakin sərnişinlərdən biri onu cəzalandırmaq qərarına gəlib və sürücü yaşayış ərazinin yaxınlığında dayananda yeniyetməni avtobusun qapısından çölə itələyib.
QAZİLER.AZ