Bakıda yanğın yerinə 20-dən çox texnika, 85-dən çox canlı qüvvə cəlb olunub - Yenilənib

Bakıda yanğın yerinə 20-dən çox texnika, 85-dən çox canlı qüvvə cəlb olunub - Yenilənib backend

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

*****

09.06

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədir.

"Report" xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.

Hadisə zamanı bir nəfər şəxsin ürəktutmasından vəfat etdiyi bildirilir.

 

*****

08.08

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

*****

07:36

Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Əlavə məlumat veriləcək.

 

*****

07:25

Yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

"Report"un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

*****

06:22

Bakıda inşaat materialları bazarı yanır.

Qaziler.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Diaspora