Türkiyənin Ereğli rayonu fəlakət zonası elan edildi - FOTO

Türkiyənin Ereğli rayonu fəlakət zonası elan edildi -  FOTO backend

Türkiyənin şimalındakı Zonquldak vilayətinin Ereğli rayonu güclü yağışlardan sonra fəlakət zonası elan edilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Onun sözlərinə görə, 226 sahibkarlıq subyektinə və 54 mülkə ziyan dəyib.

Həftəsonu təbii fəlakətin əsas təsiri Türkiyənin Qara dəniz sahillərinə dəyib. Ereğlidə sel və daşqınlar nəticəsində batan quru yük gəmisinin dənizçisi də daxil olmaqla dörd nəfər ölüb. Daha 11 nəfər ekipaj üzvləri itkin düşənlər siyahısındadır və onların axtarışı davam edir. Qasırğa və leysan nəticəsində xeyli maddi ziyan dəyib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) könüllüləri küçələri təmizləyir, su basmış iş yerlərində və evlərdə normal həyata qayıtmaq üçün var gücləri ilə çalışırlar.

Diaspora