İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.
“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.