Həştərxanda metadondan zəhərlənən azı 20 nəfər xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 14-nün vəziyyətinin ağır olduğu, birinin komada olduğu qeyd edilir.
Qaziler.az xəbər verir ki, məlumatı “Baza” teleqram kanalı yayıb.
Məlum olub ki, zəhərlənmədən zərərçəkənlər noyabrın 18-nə keçən gecə tibb müəssisəsinə gəlməyə başlayıb. Qəbul edilənlərin hamısının qanında metadon aşkarlanıb. İki nəfər tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib. Qurbanlar arasında bir neçə gənc qız da olub.
QAZİLER.AZ