Hündürlükdən maşının üzərinə yıxıldı, sonra qalxıb yoluna davam etdi

Hündürlükdən maşının üzərinə yıxıldı, sonra qalxıb yoluna davam etdi backend

Sankt-Peterburqda kişi hündürlükdən evinin yaxınlığında dayanan maşının üzərinə yıxılıb, bundan sonra işi ilə məşğul olub.

Qaziler.az xəbər verir ki, hadisənin foto və videoları “VKontakte” sosial şəbəkəsində “Peter Today” ictimai səhifəsi tərəfindən yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, hər şey şəhərin Krasnoselski rayonunda baş verib. Ev kamerası tərəfindən lentə alınan görüntülərdə bir kişi avtomobilin damına yıxılır. Hadisədən sonra o, ayağa qalxır və sürətlə maşından uzaqlaşır. Onun xəsarət alıb-almadığı məlum deyil. Lakin yıxıldıqdan sonra avtomobilin üzərində dərin cızıq, əzilmə qalıb, ön şüşəsi isə zədələnib.

QAZİLER.AZ

Diaspora