Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb

Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb backend

Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb. Bildirilib ki, ötən gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri isə Rusiya vətəndaşıdır.

DTX-nın məlumatında bildirilib ki, onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.

Məlumata görə, saxlanılanların məhkəməsi bu saatlarda Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.

Qeyd olunub ki, istintaqın davam etməsi ilə əlaqədar iclas qapalı keçiriləcək.

Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.

Qeyd edək ki, Gürcüstan DTX-nın anti-terror mərkəzi ötən gün Tbilisidə eyni vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı vasitələr və İŞİD simvolları olduğu aşkarlanaraq müsadirə edilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə istintaqa başladılıb. Anti-terror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd olunub.

 

 

Diaspora