Bakıda anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən anbarda qeydə alınıb. Belə ki, anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.