Ehtiyyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.
QAZILER.AZ. Axar.az-a istinaden xəbər verir ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.
Məlumatı Müdafiə Nazirliyi də təsdiq edib.
Qeyd edək ki, Mahmud Həmzəyev Beyləqan korpusunun komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.