Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Asif Novruz oğlu Hüseynov ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.
***
Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə minaya düşərək xəsarət alan 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlunun sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.