Fransada naməlum şəxs özünü yəhudi hesab edən Lion sakinini bıçaqla vurub.
Qaziler.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Qadının qapını tamamilə qara geyinmiş naməlum şəxsə açdığı məlum olub. Onun qadının qarnına iki bıçaq zərbəsi vurub qaçıb. Fövqəladə hadisə yerinə gələn polis əməkdaşları evin qapısında svastika (yəhudilərə məxsus xaç işərəsi) təsviri aşkar ediblər. Hazırda hücum edən şəxs axtarılır.
Telekanalın məlumatına görə, qurbanın səhhəti təhlükədə deyil, lakin polislər onun xəstəxana otağında növbətçilik edirlər.
Fransa polisi oktyabrın 7-dən bəri antisemitizmlə bağlı 887 insident qeydə alıb. Ümumilikdə 442 nəfər saxlanılıb.
QAZİLER.AZ