Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 32 oldu - YENİLƏNİB

Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 32 oldu - YENİLƏNİB backend

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayının 32 nəfərə yüksəldiyini bildirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu səhər qəza barədə məlumat verildikdən sonra 252 şaxtaçıdan 208-i səthə çıxıb, onlardan 18-i tibbi yardıma müraciət edib.

Kostenko şaxtasında baş vermiş faciə ilə əlaqədar oktyabrın 29-u Ümumxalq Hüzn Günü elan edilib. Respublikanın Baş Naziri Əlixan Smailovun sədrliyi ilə hökumət komissiyası yaradılıb.

Qazaxıstan Baş Prokurorluğu qəza ilə bağlı “Dağ-mədən və ya tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi ilə araşdırmalara başlayıb.

14 şaxtaçının axtarışları davam edir.

***

Saat: 08:21

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “ArcelorMittal Temirtau” şirkəti  məlumat verib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

***

 

07.57

Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza nəticəsində 11 nəfər həlak olub.

Lent.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan daha 18 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə qəzaya metan qazının partlaması səbəb olub. 

“ArcelorMittal Temirtau” şirkətini bildirir ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i çölə çıxarılıb. Hadisə yerində xilasedicilər işləyir.

 

 

 

Diaspora