Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən "Safa Cake" un məmulatları mağazasına daxil olan iki nəfər oğurluq edib.
Trend xəbər verir ki, hadisə anı mağazanın videokamerasına düşüb.
Gənclərdən biri qadını söhbətə tutaraq başını qatıb, digəri isə vitrinin içəri tərəfində olan mobil telefonu götürərək oradan uzaqlaşıb.