Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 24-25-də dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Oktyabrın 27-də müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.