Yaponiyanın qərbində yerləşən Oitada yüzlərlə zəhərli hörümçək məktəbə hücum edərək planlaşdırılan yarışmanın ləğv edilməsinə səbəb olub.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “Mainichi Shimbun” portalı məlumat yayıb.
Hörümçəkləri məktəbin həyətində müəllimlərdən biri görüb. Çağırış üzrə gələn məhvedicilər onların “Latrodectus hasselti” və ya “Avstraliya dul qadını” növünə aid olduğunu müəyyən edilib. Daha sonra mütəxəssislər məktəbdə yüzdən çox hörümçək və bir neçə yumurta aşkarlayıblar.
Təmizləmə işləri zamanı məktəb bağlanıb və planlaşdırılan bütün yarışlar ləğv edilib.
Qeyd edilib ki, bu hörümçəklərin zəhəri həyat üçün təhlükəli deyil, lakin dişlədikdə olduqca ağrılıdır və bir neçə gün davam edən şiddətli ağrılara səbəb olur. Bəzi hallarda bu paukun zəhəri anafilaktik şok yaradır.
QAZİLER.AZ