Kastamonuda kənd evində başlayan yanğın 43 evə keçib. Yanğın nəticəsində evlərə ciddi zərər dəyib. Qubernator Məftun Dalli deyib: “Xoşbəxtlikdən bir nəfər də olsun itirmədik. Evlər boşaldıldı, vətəndaşlarımız vaxtında yola düşdü. Sayı hələ dəqiq deyil, ancaq 10-15-ə yaxın heyvanın öldüyünü iddia edilib".
QAZİLER.AZ yerli mətbuata istinadən verdiyi xəbərə görə, onlarla evə ziyan vuran yanğının nəzarət altına alındığı və tələfatın olmadığı bildirilir. Naməlum səbəbdən Yağcılar kəndində evdə yanğın baş verib. Digər evlərə də keçən yanğın nəticəsində ilkin məlumata görə, 43 evə ziyan dəyib.
Yanğın Baş Meşə Təsərrüfatı İdarəsinin helikopteri ilə havadan söndürülüb. Kənd sakinlərinin köməkliyi ilə Əməliyyat İdarəsi və yanğınsöndürənlər hadisəyə müdaxilə edib.
QAZİLER.AZ