ABŞ-da maraqlı hadisə baş verib. Beləki, evdən gedən tısbağa 3 il sonra tapılıb. Tısbağanı şəhər polisləri küçələri yoxlayarkən görüblər və onu sahibsiz ev heyvanları sığınacağına təhvi veriblər.
Sığınacaqdan tısbağanın şəkli paylaşılıb və sahibi axtarılıb. Sosial şəbəkədə tısbağanın şəklini görən sahibləri onu tanıyıblar və dərhal sığınacağa gediblər.
Onlar bildiriblər ki, 2020-ci ildə naməlum şəraitdə tısbağa evdən yoxa çıxıb. Bir müddət özləri şəxsi axtarış aparıblar. Lakin bu fayda verməyib.
QAZİLER.AZ yerli mətbuata istinadən bildirir ki, sahibləri tısbağana sığınacaqdan təhvil aldıqdan sonra onu veterinar yanına müayinə üçün aparıblar. Onların sözlərinə görə, 3 il ərzində o qeyri-sabit şəraitdə 8 km yol qət edib. Əlbəttə soyuq qış, aclıq onun səhhətində ciddi problemlər yaradıb.
QAZİLER.AZ