Bakıda dönərdən zəhərlənən 20 şagirdin adları məlum olub - Yenilənib

Bakıda dönərdən zəhərlənən 20 şagirdin adları məlum olub - Yenilənib backend

Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdin adları məlum olub.

“Report” xəbər verir ki, bunlar aşağıdakılardır: Ş.Vəlizadə (11 yaş), H.Mustafayev (11 yaş), Y.Muradlı (11 yaş), T.Abdullayev (11 yaş), R.Əsgərli (10 yaş), B.Seyidzadə (11 yaş) və qardaşı F.Seyidzadə (14 yaş), S.Qasımlı (15 yaş), A.Abbaszadə (11 yaş), M.İsmayılov (10 yaş), İ.Sadıqzadə (14 yaş), C.Muradov (15 yaş), T. Talıbov (12 yaş), S.Bədəlli (13 yaş) və bacısı J. Bədəlova (15 yaş), Ə.Qasımov (14 yaş), Y. İbadov (14 yaş), R.Şükürov (11 yaş), F.Quliyev (14 yaş) və Ü.Səlimli (13 yaş).

Xatırladaq ki, onlarda müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.

Zərərçəkənlərdən üçünün – T.Abdullayev, S.Qasımlı və F. Seyidzadənin vəziyyətləri ağırdır. Şagirdlər reanimasiya şöbəsinə yerləşdirilib.

Ü.Səlimli isə ambulator müalicədən sonra evə buraxılıb.

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

*****

23:37

Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.

Bu barədən Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub:

“İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar. 

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb”.

Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Diaspora