ABŞ-da sahildə tükürpədən balıq tapılıb - FOTO

ABŞ-da sahildə tükürpədən balıq tapılıb - FOTO backend

ABŞ-ın Kaliforniya ştatındakı “Crystal Cove” parkında canavara bənzəyən balıq aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə “The İndependent” xəbər verir.

Parkın əməkdaşları balığın fotosunu internetdə paylaşıblar.

Canavarla müqayisə edilən heyvanın futbol balığı olduğu məlum olub. Sferik formasına görə bu adı almışdır.

Park işçiləri sahildə belə balıqlara çox az hallarda rast gəlindiyini bildiriblər. Onun niyə sahilə çıxdığını bilmirlər. Heyvan hazırda Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentinin əməkdaşları tərəfindən tədqiq edilir.

QAZİLER.AZ

Diaspora