Uşaq Evində iki yeniyetmə həb qəbul edib komaya düşüb

Uşaq Evində iki yeniyetmə həb qəbul edib komaya düşüb backend

Uşaq evinin yeniyetməsi dostu ilə həb qəbul edib və komaya düşüb.

Nijni Novqorod yaxınlığında Uşaq Evinin iki sakini həblərdən zəhərlənib. Onlar qıcolma əleyhinə dərman qəbul etdikdən sonra vəziyyətləri pusləşib.  Uşaqlar dərhal xəstəxanaya yerləşdirilib. 

Hadisə Balaxna Uşaq Evində baş verib. Gənclərdən biri psixiatrın göstərişi ilə müəyyən dozada xüsusi həblər qəbul edib.

QAZİLER.AZ ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə baş verən gün o, müəllimin stolunun çəkməcəsinin qıfılını sındıraraq həbləri oğurlayıb. Daha sonra özü təyin olunmuş dozadan artıq içib və 14 yaşlı dostuna da həmin həbdən verib. Müəllimlərin həmin vaxt harada olduğu barədə məlumat verilmir.

Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb. Uşaqlardan biri Yuri Zaytsev komadadır, digəri Kolya Antonovun isə dərman qəbul etdikdən sonra zəhərləndiyi məlum olub.

QAZİLER.AZ

Diaspora