"LUKOİL"-in direktorlar şurasının sədri Vladimir Nekrasov vəfat etdi

"LUKOİL"-in direktorlar şurasının sədri Vladimir Nekrasov vəfat etdi backend

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan "Lukoyl"un direktorlar şurasının sədri Vladimir Nekrasov vəfat edib. Bu barədə şirkətin press-relizində deyilir.

Şirkətdən verilən məlumata görə, həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş verib.

“Lukoil”in rəsmisinin verdiyi məlumata görə, Nekrasov ömrünün təxminən 50 ilini neft və qaz sənayesində işləməyə həsr edib, təmirçidən “LUKOIL-Qərbi Sibir” hasilat şirkətinin baş direktoruna qədər yüksəlib. Bundan sonra o, şirkət prezidentinin müşaviri,  daha sonra İdarə Heyətinin rəhbəri vəzifəsini tutub.

QAZİLER.AZ  verdiyi məlumata görə, Nekrasov xidmətlərinə görə IV dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordeni ilə təltif edilib.

QAZİLER.AZ

 

Diaspora