Meşəli qətliamında günahlandırılan Vaqif Xaçatryan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.
Apa xəbər verir ki, bunu o, bu gün keçirilən məhkəmə prosesində deyib.
"Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm", - deyə Vaqif Xaçatryan bildirib.
O, 15 iyun 1991-ci ildə polis tərəfindən tutularaq, 1 ay Şuşada saxlanıldığını da qeyd edib.