Gəncədə sərnişin avtobusunun aşdığı anın görüntüləri yayıldı - YENİLƏNİB - FOTO - VİDEO

Gəncədə sərnişin avtobusunun aşdığı anın görüntüləri yayıldı -  YENİLƏNİB - FOTO - VİDEO backend

Gəncədə 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusunun yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşdığı anın görüntüləri yayımlanıb.

Oxu.Az-ın məlumatına görə, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, qəza zamanı altı nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub. Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Diaspora