Rusiya gimnaziyada bir neçə nəfərdə meningit aşkarlanıb

Rusiya gimnaziyada bir neçə nəfərdə  meningit aşkarlanıb backend

Sankt-Peterburqdakı gimnaziyaların birində tələbələr arasında meningit hadisəsi aşkar edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Kanal 78” məlumat yayıb.

Telekanalın məlumatına görə, ötən həftə Sankt-Peterburq gimnaziyalarından birinin iki şagirdi meningit xəstəliyinə tutulub. Daha sonra paralel sinifdən başqa bir uşaq xəstələnib. Oktyabrın 23-də isə sinif karantinə bağlanıb.

Telekanal xəbər verir ki, hadisədən sonra Rospotrebnadzorun mütəxəssisləri müəssisənin tələbələrini müayinə edib və onlarda heç bir xəstəlik əlaməti aşkar etməyiblər. Xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün gimnaziya rəhbərliyi bütün lazımi tədbirləri görüb.

“Məktəb karantinə bağlanmayacaq, xəstə uşaqların sayı o qədər də çox deyil. Valideynlər özləri ərizə yaza bilərlər ki, övladları gedib uzaqdan təhsil almasınlar”, - deyə gimnaziyadan bildirilib.

QAZİLER.AZ

Diaspora