Kişi arvadını döyməyə qoymayan polisi bıçaqladı

Kişi arvadını döyməyə qoymayan  polisi bıçaqladı backend

Kabardin-Balkar sakini keçmiş arvadını döyüb və polisə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash Gor” teleqram kanalı məlumat yayıb.

Məlumata görə hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi ram etmək istəsələr də, o, DİN əməkdaşlarından birinin qolundan bıçaqlayıb. Hücum edən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Kişi keçmiş arvadı ilə vətəndaş nikahında yaşayıb, lakin bir müddət sonra cütlük ayrılıb. Ayrılandan sonra keçmiş arvadının yanına gələrək qalmaqal yaradıb və onu döyməyə başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarını isə münaqişə zamanı mənzildə olan qadının oğlu çağırıb.

QAZİLER.AZ

Diaspora