Beyləqanda ağır qəza: yaralılar var

Beyləqanda ağır qəza: yaralılar var backend

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə magistral yolunun Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki yük avtomobili bir-birinə çırpılıb, nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar - 1990-cı il təvəllüdlü Elçin Yaqut oğlu Qasımov və 1982-ci il təvəllüdlü Vüsal Dilən oğlu Qaraşov təcili tibbi yardım briqadası tərəfindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əldə edilən məlumata görə, Vüsal Dilən oğlu Qaraşov göz almasının yad cisimlə dəlib keçilmiş yarası, ayağın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi səbəbindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

 

 

 

 

Diaspora