Maşına kimyəvi maye ilə zərər vurdular
Moskvada naməlum şəxslər plastik cərrah Timur Haydarovun vəkilinə məxsus “Kia Soul” markalı avtomobilə kimyəvi maye töküblər.
QAZİLER.AZ yerli mətbuata istinadən verdiyi məlumata görə, maşına zərər vuran naməlum şəxs və ya şəxslər gecə saatlarında dayanacağa daxil olub və ona kimyəvi maye səpiblər. Kaustik mayenin təsirindən avtomobilin damı və kapotu zədələnib, onların üzərindəki boya soyulub. Zərərçəkən vəkil polisə müraciət edib. Onun sözlərinə görə, məşhur plastik cərrah Timur Haydarovu müdafiə etdiyi üçün uzun müddətdir ki, təhdidlərə məruz qalır. Naməlum şəxslərin vəkilin maşınına zərər vurmaqları onu hədələmək məqsədi daşıyır.
Xatırladaq ki, plastik cərrah Timur Haydarov bir çox rusiyalı məşhurları əməliyyat edib. Həkimin keyfiyyatsiz əməliiyyatlarından şikayətlənən xəstələr böyük qalmaqal yaradıblar.
QAZİLER.AZ