Rusiyada irqçi qadın qaradərili işçini döyüb – VİDEO

Rusiyada irqçi qadın qaradərili işçini döyüb – VİDEO backend

Rusiyada Avtozavodskaya metrostansiyası yaxınlığında yerləşən “Diksi” supermarketində müştəri Konqo əsilli qaradərili işçini döyüb.

Qaziler.az xəbər verir ki, hadisənin görüntüləri “Baza” teleqram kanalında yayılıb.

Mağazada satıcı işləyən qaradərili qadının ona irad tutması irqçi qadının xoşuna gəlməyib. İrada səbəb, müştərinin eyni sellofana müxtəlif üzüm sortlarını qoyması olub. Hücum zamanı müştəri qaradərili xanımı döyməklə yanaşı, həm də təhqiredici sözlərlə alçaldıb.

"Moskvaya niyə gəlmisən? Çıx get öz vətəninə!" – qadın qışqırıb.

Hadisəylə bağlı polis cinayət işi açmaqdan çəkinib. Çünki hücumdan sonra həkim yoxlanışı zamanı konqolu qadında daxili qanaxma aşkar edilib. Həkimlər onun təcili əməliyyata ehtiyacı olduğunu bildiriblər.

QAZİLER.AZ

Diaspora