Kemerovo vilayətinin Belov şəhərində yerli sakin polis forması geyinərək küçədə yerli sakinləri qucaqladığına görə 1000 rubl cərimə ödəyəcək.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, məlumatı Regional Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, əsl polis məmurları gənc oğlanı küçədə görüblər.
Belə ki, Belovski polis patrul xidmətinin əməkdaşları patrul maşını ilə hərəkətdə olarkən küçələrin birində asayiş keşikçisinin gödəkçəsi və baş geyimində olan bir nəfər diqqətlərini çəkib. O, sərxoş halda olub, özünü nalayiq aparıb, yoldan keçənləri incidib və onları qucaqlayıb.
Həmin şəxsə qarşı iki protokol tərtib edilib. O, qanunsuz olaraq polis geyimində və xırda xuliqanlıqda təqsirli bilinib. Həmçinin bir sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Təqsirləndirilən gənc oğlan günahını etiraf edib və gələcəkdə belə zarafat etməyəcəyinə söz verib.
QAZİLER.AZ