İranda gün ərzində eyni şəhərdə dördüncü zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, 5,4 bal gücündə olan zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar İranın cənubunda, Bəndər-Abbas şəhərindən 61 km şimal-qərbdə qeydə alınıb.
Bundan əvvəl Bəndər-Abbas şəhərində 5,3,5,2 və 5,5 bal gücündə zəlzələ olub.