Valideyn polisə şikayət etdi
Kudrovoda səkkiz yaşlı qızın cüdo üzrə ilk məşqdə qolu sınıb. Beləki, heç bir məşq keçməyən 8 yaşlı məktəblini məşqçi rəqibiylə üz-üzə qoyub. Nəticədə isə rəqib uşağın qolunu burub sındırıb.
Hadisə oktyabrın əvvəlində Kudrovodakı cüdo məktəbində baş verib. Cüdo idman növüylə məşğul olmaq istəyən səkkiz yaşlı Nataliya Vorobyova ilk sınaq dərsinə gəlib. Məşq zamanı rəqib onun qolunu burub və uşaq yıxılıb.
QAZİLER.AZ verdiyi məlumata görə, məktəbli qız xəstəxanaya yerləşdirilib, xəstəxanada həkimlər ona baldır sümüyünün də sınığı diaqnozunu qoyublar.
“Prokurorluğa ərizə yazdıq və dünən polisə getdim. Elə ilk dərsdə uşaq getdi və hər hansı idmanla məşğul olmaq arzusundan məhrum oldu”, - deyə qurbanın atası bildirib.
Xatırladaq ki, bir neçə gün öncə yeniyetmələr tənəffüs zamanı sinif yoldaşının onurğasını sındırdığı xəbəri də mediaya sızmışdı.
QAZİLER.AZ