Erməni qadından iyrənc hərəkət: Qızının porno videosunu hazırladı

Erməni qadından iyrənc hərəkət: Qızının porno videosunu hazırladı backend

Qızını pornoqrafik materialların hazırlanmasına cəlb edən qadın ekspertizadan keçəcək.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda öz qızına qarşı fiziki, psixoloji və cinsi zorakılıqda ittiham olunan Anna Arevşatyan məhkəmə-psixoloji ekspertizadan keçəcək. Müstəntiqlər qadının və onun bütün uşaqlarının psixoloji durumunun yoxlanılması qərarına gəliblər.

Bildirilir ki, uşaqlara qarşı cinsi zorakılıqda şübhəli bilinərək həbs edilən və hazırda Nubaraşen cəzaçəkmə müəssisəsində olan Manvel Madatyanın (qadının əri - red.) kamerasında axtarışlar aparılıb.

Qeyd edək ki, avqustun 18-də internetdə Arevşatyanın kamera qarşısında qızını vuraraq, zorla soyundurduğunu əks etdirən videogörüntülər yayılmağa başlayıb. İş materiallarına görə, 34 yaşlı Arevşatyan övladını döyərək, seksual xarakterli hərəkətlərə məcbur edib. Həmçinin o, digər övladları ilə də eyni cür davranıb.

İstintaq Komitəsi uşaqları sığınacağa yerləşdirib.

Daxil olan sübutlar əsasında avqustun 19-da Arevşatyana qarşı cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub.

Arevşatyan özünü təqsirli bilib.

 

 

Diaspora