Ayı ailəsi işə gedən qadına hücum edib - VİDEO

Ayı ailəsi işə gedən qadına hücum edib - VİDEO backend

Başqırdıstanda yaşlı qadın ona hücum edən ayı ilə qorxmadan mübarizə aparıb.

Qaziler.az xəbər verir ki, bununla bağlı görüntüləri “SHOT” teleqram kanalı yayıb.

 Məlumatda qeyd edilib ki, qadın qəzəbli heyvanı çanta və bağlama ilə vuraraq qovmağa çalışıb. Zərərçəkənin aldığı xəsarətlərdən xəstəxanaya çatdırıldığı və müalicə olunduğu bildirilib.

Kanalın əldə etdiyi məlumata görə, kassir işləyən qadın səhər tezdən Petrovskoye kəndində işə gedərkən ayı və balaları ilə qarşılaşıb. Gözlənilmədən ayı qadına hücum edib və pəncəsi ilə başında vurub, qolundan tutub.  Lakin qadın hadisə zamanı qorxmayıb və əlindəki əşyalarla ayını vurmağa başlayıb. Həmçinin qışqıraraq ətrafdakıları köməyə çağırıb.

Qadının səsini eşidənlər tez qaçaraq ayı ailəsini qovmağa başlayıblar. Daha sonra qadın dərhal xəstəxanaya çatdırılıb, onun dırnaq nahiyyəsinin kəsildiyi məlum olbu.

QAZİLER.AZ

Diaspora