Mərmərə dənizində taxılla yüklənmiş iki yük gəmisi toqquşub - FOTO

Mərmərə dənizində taxılla yüklənmiş iki yük gəmisi toqquşub - FOTO backend

Türkiyənin Mərmərə dənizində taxılla yüklənmiş iki yük gəmisi toqquşub.

Bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş mənbədən bildirilib.

Məlumata görə, gəmilərdən biri Ukraynanın İzmail limanından Valensiyaya yollanan “Haje Halimeh” (Komor adalarının bayrağı altında), digəri Rusiyanın Qafqaz limanından İsrailin Aşdoda taxıl daşıyan “Asomatos” (Panama bayrağı altında) yükdaşıyıcı olub.

Hər iki gəmiyə zərər dəysə də, “Haje Halimeh”də daha ciddidir: Gəminin göyərtəsinin bir hissəsi məhv olub.

Rusiya Dənizçilər İttifaqının məlumatına görə, Rusiyanı tərk edən gəmi 25 min ton taxıl daşıyır, heyət üzvləri arasında rusiyalı yoxdur.

Hadisə nəticəsində zərərçəkən yoxdur, həmçinin ətraf mühitə ziyan dəyməyib.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı / Oxu.az

Diaspora