Azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb, biri ölüb - YENİLƏNİB

Azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb, biri ölüb - YENİLƏNİB backend

2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

09:53

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Apa xəbər verir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

 

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.

Diaspora