Dərsdə sinif yoldaşları tərəfindən döyülən qız helikopterlə xəstəxanaya aparılıb

Dərsdə sinif yoldaşları tərəfindən döyülən qız helikopterlə xəstəxanaya aparılıb backend

Başqırdıstanın Karmaskalinski rayonundan sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülən məktəbli qız vertolyotla Ufaya aparılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “UFA1.RU” məlumat yayıb.

Nəşr regional Səhiyyə Nazirliyinə istinadən qeyd edir ki, hazırda uşağın vəziyyəti orta-ağırdır. Bundan əvvəl məktəbli qız uşaq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Hadisə Savaleevo kəndindəki məktəbdə baş verib. Xəsarət alan qızın anasının sözlərinə görə, qızı dərs zamanı 6-cı sinifdə oxuyan iki şagirdin hücumuna məruz qalıb. Dava zamanı müəllim otaqda olmayıb.

Valideyn bildirib ki, məktəbli qızın dalağı və mədəaltı vəzi partlayıb. Bundan əlavə, qızın bütün bədənində qançırlar var. Faktla bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

QAZİLER.AZ

Diaspora