Moskva vilayətində həkimlər yaş yarımlıq uşağın bağırsaqlarından ən azı 15 maqnit çıxarıblar.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yad əşyalar 4 gün uşağın bədənində olub. Körpə qarnının şişməsi və yüksək hərarət şikayətləri ilə Ramenskaya xəstəxanasına yerləşdirilib.
“Xəstənin nazik bağırsağından 15 yad cismi çıxarmaq iki saat vaxtımızı aldı. Cərrahi müdaxilə zamanı nazik bağırsağın altı perforasiyası müəyyən edildi - toplar bir-biri ilə birləşdirilərək bağırsaq divarlarının qırılmasına səbəb olub. Nazik bağırsaqdan bütün maqnitlər çıxarıldı və deşiklər tikildi”, - Ramenskaya Xəstəxanasının uşaq cərrahiyyə şöbəsinin müdiri Vladimir Xabalov deyib.
Həkim qeyd edib ki, uşaq üçün belə zədə çox ciddi və təhlükəlidir. Vəziyyət gec aşkarlandığı üçünağırlaşma olub və dörd gün ərzində xəstədə infeksion-toksiki şok yaranıb. Mütəxəssislərin səyi nəticəsində oğlan uşağı tam sağalmağı bacarıb.
QAZİLER.AZ