Rusiyanın Vladimir vilayətində bir nəfər təsadüfən dörd qohumunu tarakan əleyhinə dərmanla zəhərləyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Gazeta.ru” bölgənin İstintaq Komitəsinə istinadla məlumat verib.
Sentyabrın 20-də Yuryev-Polski rayonunda mənzildə valideynlərin və iki uşağın meyiti tapılıb. Onlar qohumlarının onlara verdiyi tarakan əleyhinə məhsulun uçucu hidrogen fosfor birləşmələrindən zəhərləniblər.
Kişi işlədiyi kənd təsərrüfatı müəssisəsinin ərazisindən tərkibində alüminium fosfid olan pestisid götürüb. Həşəratlara qarşı dərman bir müddət imiş ki, ailənin mənzilində saxlanılıb.
Yaxınlarına tarakanlara qarşı zəhərli dərman verən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.
QAZİLER.AZ