Qadın tərlədiyi üçün təyyarədən qovuldu

Qadın tərlədiyi üçün təyyarədən qovuldu backend

Qadın tərlədiyi üçün Britaniyanın “Jet2” təyyarəsindən qovulduğuna görə şikayətlənib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, 56 yaşlı Helen Teylorun hekayəsini “İndependent” nəşri dərc edib.

Belə ki, oktyabrın 2-də qadın əri ilə birlikdə Nyukasldan Romaya mini-tətil üçün səyahət planlaşdırıb O, 2-ci dərəcəli şəkərli diabet xəstəsi olduğunu və həmçinin menopauza dövrü daşadığını deyib.

Təyyarənin göyərtəsində Teylorun bir az başı gicəllənib və tərləməyə başlayıb. "Bütün gün yemək yemədikdən sonra baş verdi. Çünki 2-ci dərəcəli şəkərli diabet xəstəsiyəm”, - qadın deyib.

Qadın iddia edir ki, bir neçə dəqiqədən sonra özünü yaxşı hiss edib, lakin stüardessa ona tibbi müayinədən keçməyi məsləhət görüb, 10 dəqiqədən sonra isə təyyarədən enməsini deyib: “Qərara gəldik ki, siz təyyarəni tərk etməlisiniz, düşünürük ki, siz uçuş üçün təhlükə yardırsınız”, – deyə qadın sitat gətirib.

QAZİLER.AZ

Diaspora