Rusiyanın paytaxtı Moskvada 5 nəfərin yaralanması ilə nəticələnən qatar qəzasının səbəbi açıqlanıb.
"Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hadisə sürücünün səhvi ucbatından baş verib.
O, qatarın avtomatik sürət tənzimləmə sistemini əl ilə söndürüb.
Qeyd edək ki, Moskvada metronun “Peçatniki” stansiyasında iki qatar toqquşub. Hadisə nəticəsində 5 nəfər yaralanıb.