Keçmiş pilot 4 il qadının evinin üzərində uçaraq həyatını kabusa çevirdi

Keçmiş pilot 4 il qadının evinin üzərində uçaraq həyatını kabusa çevirdi backend

Nyu-York ştatından olan keçmiş pilotu ailəsi ilə birlikdə yaşayan tanışının evinin üzərindən alçaqdan uçaraq bir neçə il onu bezdirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Fox News”  məlumat verib.

65 yaşlı kişi dörd il tez-tez nahar etdiyi kafenin sahibəsini təqib edib. Lakin hər şey bir təqaüdçünün sosial şəbəkə vasitəsiylə qadına qəribə məzmunlu fotoşəkillər göndərməsi ilə başlayıb. Şəkillərdə o, kəndirlərlə bağlanmış çılpaq qadınlarla birlikdə təsvir edilib.

Amerikalı qadın onu bloka atsa da, lakin o, qadını və ailəsini təqib etməyə başlayıb. Maykl Arnold qadının qızının və qohumlarının, avtomobilinin və yaşadığı evin fotolarını çəkərək sosial şəbəkələrdə yayıb.

2022-ci ildə kişi yüngül mühərrikli təyyarə icarəyə götürərək qurbanın evinin üzərində uçub, ordan pomidor atıb. Qadın polisə müraciət edib. Təqib edən şəxs saxlanılıb və onun telefonunda onlarla qanunsuz çəkilmiş fotoşəkillər aşkar edilib.

Bundan sonra həmin şəxsin Nyu-York ştatında uçuşu qadağan edilib, lakin o, digər hava limanlarından uçmağa və qadının evinin üzərində təhlükəli uçuşlar həyata keçirməyə başlayıb. Qadın bu təqiblərə son qoymaq üçün FTB-yə müraciət edib.

QAZİLER.AZ

Diaspora