Cəsədi anasının maşınında gizlətdi
Ufada dəhşətli ölüm hadisəsi qeydə alınıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, 21 yaşlı qardaş 14 yaşlı bacısını yaşadıqları evdə boğub öldürüb.
Beləki, 14 yaşlı bacısı Yuliananın dərsdən gəlib hamam otağına daxil olduğunu görən 21 yaşlı Sergey Popov əvvəlcədən hazırladığı plan üzrə onu öldürmək qərarına gəlib. Yuliana hamam otağından çıxan kimi Sergey dəsmalı onun başına salıb əvvəlcə onu boğub.Öldüyünə tam əmin olduqdan sonra cəsədi anasının avtomobilinin yük yerinə yerləşdirib.
Anası işdən gələndə qızının evdə olmadığını görür. Təsadüfən maşından nəsə götürmək lazım olduğu üçün yük yerini açanda orda qızının meyidini görür.
Hadisə yerinə gələn polis əməkdaşları qatil qardaşı binanın 12-ci rmərtəbəsi olan çardaqda tapırlar.
QAZİLER.AZ verdiyi məlumata görə, onlar ana bir, ata ayrı ögey bacı qardaş olublar. Sergeyin daha əvvəl psixi xəstəxanada yatdığı məlum olub. O, əsgəri xidmətdə olmayıb. Psixi xəstəxanada doğrudan da hansısa problemi olduğundan, və ya hərbi xidmətdən yayınmaq məqsədilə yatdığı araşdırılır.
QAZİLER.AZ