Psixoz vəziyyətdə olan xəstə anestezioloqa hücum edib

Psixoz vəziyyətdə olan xəstə anestezioloqa hücum edib backend

Psixoz vəziyyətdə olan xəstə Kstovo Mərkəzi Rayon Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdirinin üzünə vurub. Nəticədə həkim çoxsaylı xəsarətlər alıb.

Qaziler.az bildirir ki, bu barədə “nyus.ru” Nijni Novqorod üzrə Dövlət Əmək Müfəttişliyinin saytına istinadla xəbər verir.  

Ehtimallara görə, hadisə oktyabrın 9-da axşam saatlarında baş verib. Hadisə rayon əmək müfəttişliyi tərəfindən nəzarətə götürülüb.

“Bədbəxt hadisə nəticəsində alınan xəsarətlərin xarakterinə və onların ağırlıq dərəcəsinə dair tibbi rəyə əsasən, vurulan xəsarətlər ağır dərəcəli qiymətləndirilir”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora